Artur Rasi-zadə qərar verdi, istehlak səbəti təsdiqləndi

img

31-12-2014 [20:57]


Yanvarın 1-dən Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının yeni tərkibi qüvvəyə minəcək.

 Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının yeni tərkibinə əsasən il ərzində əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinə 136,8 kq çörək və çörək məhsulları, 54,8 kq kartof, 97,2 kq tərəvəz və bostan məhsulları, 38 kq meyvə və giləmeyvə, 32,9 kq ət və ət məhsulları, 223,6 kq süd və süd məhsulları, 7,7 kq balıq və balıq məhsulları, 150 ədəd yumurta, 16,9 kq şəkər və qənnadı məmulatları, 10,9 kq  bitki yağı, marqarin və digər piylər, 7 kq kərə yağı, 4,7 kq digər məhsullar daxildir.
 
Pensiyaçılar üçün adambaşına minimum istehlak səbətinə 107,9 kq çörək və çörək məhsulları, 40,2 kq kartof, 85,2 kq tərəvəz və bostan məhsulları, 32 kq meyvə və giləmeyvə, 25,6 kq ət və ət məhsulları,  233,8 kq süd və süd məhsulları, 6,8 kq balıq və balıq məhsulları, 100 ədəd yumurta, 15,8 kq şəkər və qənnadı məmulatları, 8,4 kq  bitki yağı, marqarin və digər piylər, 5,8 kq kərə yağı, 3,3 kq digər məhsullar daxil edilib.
 
Uşaqlar üçün (0-15 yaş) adambaşına minimum istehlak səbətinə 100,5 kq çörək və çörək məhsulları, 42 kq kartof, 100,72 kq tərəvəz və bostan məhsulları, 76 kq meyvə və giləmeyvə, 29,6 kq ət və ət məhsulları,  258,6 kq süd və süd məhsulları, 8 kq balıq və balıq məhsulları, 183 ədəd yumurta, 19,7 kq şəkər və qənnadı məmulatları, 7 kq  bitki yağı, marqarin və digər piylər, 6 kq kərə yağı, 4 kq digər məhsullar daxildir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA