Mərkəzi Bank açıqlama yaydı

img

31-12-2014 [13:19]


2015-ci il üçün inflyasiya səviyyəsinin 2-3 faiz səviyyəsində saxlanılacağı ilə bağlı rəsmi açıqlama verilib.

AzərTAc xəbər verir ki, 2015-ci ildə səlahiyyətləri çərçivəsində qiymət sabitliyinin təmin etmək üçün Mərkəzi Bank qlobal və daxili iqtisadi meylləri nəzərə alaraq, orta müddətli perspektivdə inflyasiyanın aşağı səviyyədə qalacağını proqnozlaşdırır.

Mərkəzi Bank pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiya təmin ediləcəyini vurğulayıb. Bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olaraq dəyişəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA