Bakıda yarmarkalar işə başladı - QİYMƏTLƏR

img

27-12-2014 [14:57]


Dekabrın 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkaları başlayıb. 

Yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və bayram süfrələri üçün digər ərzaq məhsulları çıxarılıb.

Yarmarkaların paytaxtın əvvəlcədən müəyyən olunmuş aşağıdakı rayonlarında və ünvanlarında - Xətai rayonu - Ukrayna dairəsinin yanı; Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi; Yasamal rayonu - Şərifzadə küçəsi 1, Rabitə və Nəqliyyat Kollecinin arxası; Nərimanov rayonu - metronun "Gənclik” stansiyasının yanı; Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, 239 nömrəli məktəbin arxası; Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, "V” yaşayış massivi, və Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12; Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, "Elit” Ticarət Mərkəzinin yaxınlığı keçirilməsi qərara alınıb. 

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov deyib ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Yarmarkada badımcan 1 manat 50 qəpiyə, kartof 60-80, soğan 30-40 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, yumurtanın 1 ədədi 9-11 qəpiyə satılır.

Bayram yarmarkasında qoyun ətinin kiloqramı – 5 manat 50 qəpik - 6 manata, mal əti – 5 manat – 5 manat 50 qəpiyə, quş əti – 2 manat 20 qəpik - 4 manata, üzüm – 2 manat – 2 manat 60 qəpiyə, pomidor – 1 manat 30 qəpiyə – 2 manata, xurma – 1 manat – 1 manat 10 qəpiyə, heyva – 50 qəpik - 1 manat 20 qəpiyə, naringi – 70 qəpik – 1 manat 20 qəpiyə, nar – 1 manat -1 manat 50 qəpiyə, yerkökü – 50 qəpik – 1 manat 20 qəpiyə, xiyar - 60 qəpik - 1 manat 50 qəpiyə, alma – 35–80, kartof – 70-90, çuğundur – 40-80, soğan-- 35-90, kələm – 50-70 qəpiyə, yumurtanın biri isə 6-11 qəpiyə təklif olunur.

Dekabrın 31-dək davam edəcək yarmarkaya ümumilikdə isə 70,5 ton məhsul çıxarılacaq.

AzerTac

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA