Rafiq Əliyev Azərbaycan banklarındakı payını satdı

img

26-12-2014 [16:25]


"Azpetrol Holding” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev "Bank of Baku” ASC-də ona məxsus iki səhm paketini satıb. Əməliyyat dekabrın 25-də Bakı Fond Birjasında baş tutub.

BFB-nın məlumatına görə, birjada qeyd edilən bankın 11,160,857 manat dəyərində yaxud nominalı 15,55 manat olan səhmlərin alqı-satqı əməliyyatı baş tutub.

Bu bankın səhmlərinin ümumi emissiyasının 21,10%-i təşkil edir.

Alqı-satqı tərəfləri barədə məlumat verilmir. Ancaq səhmdarların strukturuna baxdıqda aydın olur ki, səhm paketi məhz mətbuatın məlumatına görə hazırda ölkədə olmayan Rafiq Əliyəvə məxsus olub.

8 il həbsdə olan və prezident İlham Əliyevin əfv etdiyi Rafiq Əliyev həbsdən çıxandan sonra Azərbaycanı tərk edib. Rafiq Əliyev şəxsən səhmlərin 10,22%-ə, ona məxsus olan "Azinvest” MMC vasitəsi ilə isə 9,89%-ə sahib idi.

2013-cü il üçün illik audit rəyinə görə, bankın digər səhmdarları - "NAB Holding” MMC – 40%, "Azpetrol Neft Şirkəti” MMC – 28,89% və Elçin İsayevdi– 10%.

"Bank of Baku” ASC-nin səhmdar strukturu bəlli deyil. Qanunvericiliyə zidd olaraq bank korporativ saytında bu məlumatları açıqlamır ("Turan").

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA