Səlim Müslümov hokümətə yeni qanun təqdim edib

img

26-12-2014 [12:53]


 2014-cü ilin noyabr ayında respublikamızda 96 265 ailə (420663 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 47638 ailə (209632 nəfər və ya 33,3 %) azdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mia.az-a verilən məlumata görə, ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.5% artaraq 148.97 manata çatıb.

Hazırda ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri davam etdirilir. Belə ki, qabaqcıl dünya təcrübəsindən yararlanmaqla bu sahədə Azərbaycana məxsus yeni bir sistem qurulub. Yeni elektron sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qəbulu və yardımların təyinatının avtomatik şəraitdə həyata keçirilməsini nəzərdə tutur.

Aztəminatlı ailələrin səmərəli əmək fəaliyyəti ilə məşğul olmaqla reabilitasiya edilməsi imkanlarının yaradılması, həmçinin ailələrin sosial yardımlara ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Bununla əlaqədar "Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA