ARDNŞ-in 1 ildə itirdiyi məbləğ 400 milyon manat olacaq - Rəsmi

img

25-12-2014 [16:25]


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son zamanlar dünya bazarlarında neftin ucuzlaşmasının şirkətin gəlirlərinə təsir edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
 
"APA-Economics”in məlumatına görə, şirkətin iqtisadi məsələr üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, neftin qiymətinin enib-qalxması ölkədə və dünyada gedən proseslərin qarşısında cüzi bir şeydir: "Dünya bazarlarında neftin qiymətinin düşməsi siyasi məsələlərlə bağlıdır. Bunun SOCAR-a böyük təsiri olmayacaq. Azərbaycanda istehsal olunan neft daxili tələbata yönəlib və dövlət qiymətləri ilə tənzimlənir. Əgər gələn il də neftin qiyməti dünya bazarlarında 60 dollar civarında olarsa, şirkət 1 ildə itirdiyi məbləğ 400 milyon manat olacaq. Bu, böyük rəqəmdir, amma bunun şirkət üçün qorxusu yoxdur. Çünki bu itkilər Azərbaycan Dövlət Neft Fondu tərəfindən kompensasiya olunacaq”.
 
S. Qasımov deyib ki, dünya bazarlarında neftin ucuzlaşması ARDNŞ-in həyata keçirdiyi layihələrə təsir etməyəcək və həmin layihələrin maliyyələşdirilməsi dayandırılmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA