"Roşen"nin Bakı filialındakı skandal necə bitdi? - VİDEO

img

24-12-2014 [23:01]


Məlum olduğu kimi, ötən ay Ukrayna prezidenti Poroşenkoya bağlı olan məşhur "Roşen» şirkətinin Azərbaycan filialında vaxtı keçmiş məhsulların əhaliyə satıldığını təsdiq edən video yayımlamışdı. 

Avropa.info saytı həmin məlumatda vaxtı keçmiş məhsulların yenidən satışa çıxarılması məqsədiylə "Roşen"in mərkəzi ofisindən Azərbaycana üstündə istifadə vaxtı təzə göstərilən boş qutular və etketlər göndərildiyi vurğulanaraq qeyd olunurdu ki, vaxtı keçmiş şiriniyat məmulatları "Roşen"in Azərbaycan filialının Sumqayıt şəhəri, Bakının Badamdar və Bakıxanov qəsəbələrində, Bakı Şampan Zavodu ərazisindəki xəlvəti depolarında etketlənərək bazara çıxarılır. Bununla da əhaliyə "Roşen"in vaxtı keçmiş konfet və digər şirniyyat məhsulları yeni məhsul adı ilə "sırınır". 

Məlumatın kütləviləşməsindən sonra şirkətin Bakı filalının rəhbərliyi faktı təkzib etsə də, məsələ ictimayyyətin diqqətinə düşdü. Hətta məlumat yayıldı ki, yayılan videodakı fakltlarla bağlı müvafiq naziirliklər və QHT-lər araşdırmaya başlayıb. Hətta Azad İstehlakşılar Birliiyinin sədri Eyyub Hüseynov bir qədər də irəli gedərək, faktı kəskin pisləmişdi. Ancaq görünən odur ki, aradan 2 aya yaxın vaxt ötsə də, bu məsələ ilə bağlı dövlət qurumlarının rəsmi açıqlaması olmadı. Sosial şəbəkələrdə isə bununla bağlı müxtəlif iddialar irəli sürülür.

Yayılan video-fakt isə bu idi:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA