Ziya Məmmədova bəd xəbər

img

24-12-2014 [19:41]


Tarif Şurasında ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsinə baxılmır.

Bunu İqtisadiyyat və sənaye nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev "APA-Economics”in sorğusuna cavab olaraq deyib.
 
A.Əliyev bildirib ki, Nəqliyyat nazirliyi tərəfindən ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb.
 
Xatırladaq ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət olunacağını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA