Dövlət Neft Şirkətində müşavirə keçirilib

img

24-12-2014 [20:02]


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim, tədris və sertifikatlaşdırma idarəsində şirkətin müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə SOCAR SS003.2014 standartının (Brandbook) tətbiqinə dair seminar müşavirə keçirilib.

Şirkətin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, təlim, tədris və sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov SOCAR-ın beynəlxalq nüfuzunun genişləndiyini və həyata keçirdiyi irimiqyaslı layihələrin sayının artdığını nəzərə alaraq, müasir tələblərə uyğun yeni loqotipinin tətbiq edildiyini və bununla bağlı standart sənədin işlənib hazırlandığını deyib. Yeni loqonun istifadəsi üzrə SOCAR SS003.2014 standartının (Brandbook) tətbiqi ilə əlaqədar təşkilati məsələlərin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, SOCAR-ın struktur bölmələrində, o cümlədən birgə müəssisələrində və xarici ölkələrdəki nümayəndəliklərində standartın tələblərinə uyğun olaraq şirkətin köhnə blanklarında, vizit kartlarında və sair sənədlərində yeni loqo ilə vaxtında və düzgün əvəz olunmasına nəzarəti təlim, tədris və sertifikatlaşdırma idarəsi həyata keçirəcək. Bununla əlaqədar Brandbook sənədi və təqdimatın elektron versiyası tədbir iştirakçılarına paylanıb və müvafiq struktur bölmələrinə göndərilib.

Sonra idarənin əməkdaşları tərəfindən "SOCAR-ın layihələndirmə üzrə rəhbər göstərişləri”nə dair təqdimat keçirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA