"Bu, Azərbaycanda çoxsaylı ailələrin həyat şəraitinin aşağı düşməsinə səbəb olacaq"

img

22-12-2014 [16:11]


"Hər il Rusiyada yaşayan və işləyən azərbaycanlılar ölkəyə külli miqdarda nəğd pul göndərirlər. Bununla bağlı rəsmi statistika olmasa da, ekspertlərin hesablamalarına görə bu kiçik rəqəm deyil". 

Bu fikirləri Mia.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli deyib. Onun sözlərinə görə, bu, ölkə əhalisinin iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir edir. Digər tərəfdən bir çox hallarda göndərilən vəsait xarici valyuta - dollar və avro ilə gəlirdi ki, bu da ölkə daxilində valyuta ehtiyatlarının yaranması demək idi: "İndi Rusiyada rublun dəyərdən düşməsi təbii ki, Azərbaycanda çoxsaylı ailələrin həyat şəraitinin aşağı düşməsinə səbəb olacaq. İkinci bir tərəfdən, artıq dollar və avro ilə ödənişlərin həyata keçirilməsi çətin olduğundan ölkəyə valyuta axını da məhdudlaşacaq. Bu isə ümumi bazara təsirsiz ötüşməyəcək. Digər tərəfdən, Rusiyada işləyən azərbaycanlıların geri qayıtması oradan göndərilənnəğd pulun daha da azalmasına səbəb olmaqla bərabər, ölkə daxilində işsizlərin çəkisini bir qədər də artıracaq. Onsuz da Respublikamızda işsizlik problemi hiss edilirdi və hökumət bu məsələni həll edə bilməmişdi. Deməli, problemin üstünə əlavə problem gələcək. Həm də nəzərə almaq lazımdır ki, Rusiyaya gedənlərin böyük əksəriyyəti fəal insanlar olub, yəni onlar mövcud həyat şəraitləri ilə barışmayaraq əlavə yollar axtaranlardır. Onların geri dönməsi ölkə daxilində haqsızlıqlara qarşı müqaviməti də gücləndirəcəyi düşüncəsindəyəm".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA