BMAM-da yığıncaq keçirildi, yeni struktur yarandı - FOTOLAR

img

22-12-2014 [11:27]


Bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) İdarə Heyəti növbəti iclasını keçirib.

 

İclasda BMAM sədri, politoloq Rufiz Qonaqov çıxış edərək, 2014-cü il ərzində mərkəzin həyata keçirdiyi lahiyələr və gördüyü işlər haqqında danışaraq 2015-ci ildə mərkəz qarşısında duran vəzifələri açıqlayıb.

 

İdarə heyəti üzvləri gündəlikdə duran məsələlər ətrafında çıxış edərək 2014-cü ildə Mərkəzin fəaliyyətini yüksək qiymətləndirilib, bu fəaliyyətə görə BMAM sədri Rufiz Qonaqova İdarə Heyəti adından öz təşəkkürlərini bildiriblər. Çıxışçılar BMAM-ın ölkənin ictimai həyatında xüsusi çəkisinin olduğunu bildirərək, növbəti 2015-ci ildə də  qarşıda duran vəzifələrin öhtəsindən layiqincə gələ biləcəklərini qeyd ediblər.

 

Gündəlikdə duran vacib məsələlərdən biri olaraq BMAM-da  İdarə Heyətinin qərarı ilə Katiblik yaradılıb, Novruz Eyvaz oğlu Dadaşov yeni yaradılmış Katibliyin rəisi təyin edilib.

 

İclasda qərara alınmışdır ki, Mərkəzin növbəti illik Ümumi Hesabat Seçki Yığıncağı 2015-ci ilin yanvar ayı ərzində keçirilsin. Ümumi Yığıncağa hazırlıqla bağlı yeni yaradılmış katiblik yanında Təşkilat qrupu yaradılıb. Qərara alınıb ki, 1 ay müddətində BMAM-ın növbəti Ümumi Yığıncaq nümayəndələri seçilsin.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA