SOCAR-dan iddialara cavab; Yeni sayt istifadəyə verildi

img

19-12-2014 [19:15]


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Krallıqda yerləşən və hasilat sənayesində şəffaflıq məsələlərini araşdıran "Global Witness" qeyri-hökumət təşkilatının irəli sürdüyü bütün əsassız iddialara cavab verən yeni veb-saytını (www.azerbaijananonymousexplained.com) istifadəyə verib. 

Bu barədə "Report"a SOCAR-dan bildiriblər.

Qeyd olunur ki, "Global Witness" 2013-cü il dekabrın 13-də dərc etdirdiyi "Azerbaijan Anonymous" adlı hesabatında SOCAR-a qarşı əsası olmayan iddialar irəli sürüb və şirkəti qeyri-şəffaflıqda ittiham edib.

Saytda xarici məsləhətçilərin yardımı ilə SOCAR heyəti tərəfindən xüsusi olaraq hazırlanan və "Global Witness" təşkilatının dərc etdiyi hesabatda qaldırılan bütün suallara dolğun və tutarlı cavab verilib.

 Veb-sayt hazırda ingilis dilində istifadəyə verilib, lakin səhifənin Azərbaycan və rus dillərində olan versiyaları da tezliklə işə salınacaq.

"Saytın məzmunu elə ilk baxışda "Global Witness" təşkilatının SOCAR-a qarşı irəli sürdüyü iddiaların nə qədər əsassız və qeyri-obyektiv olduğunu əyani şəkildə sübuta yetirir", - məlumatda bildirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA