Daha bir bankda dəyişiklik oldu

img

17-12-2014 [10:30]


"Azərbaycan Kredit Bankı" ASC-nin Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər olub. 

Bankdan Trend-ə bildiriblər ki, dekabrın 15-də baş tutan bankın səhmdarlarının yığıncağında Emil Rzayev Müşahidə Şurasının yeni rəhbəri təyin edilib.

E.Rzayev daha əvvəl Bank BTB-nin İdarə Heyətinin sədri olub.

Bankdan qeyd ediblər ki, o, bu vəzifədə bankın MŞ sədrinin vəzifəsini icra edən Şirxan Abbasovu əvəzləyib. Ş.Abbasov MŞ-nin əvvəlki rəhbəri getdikdən sonra 2012-ci il oktyabrın 1-dən bu vəzifəni tutub.

Ş.Abbasov, həmçinin bankın iri səhmdarıdır. O, aksiyaların 36,64 faizinə sahibdir. 

Digər səhmdarlar Nazim Abbasov (35,56 faiz) və Cəmilə Abbasovadır (27,8 faiz).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA