Bu rayonlarda qaz olmayacaq - Siyahı

img

17-12-2014 [10:21]


Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Böyükşor”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "İvanovka” və "Rəncbər”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin "Şabran Taxtalar” və "Qobustan”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Lək” və "Katex”, Ağdam Magistral qaz kəmərləri sahəsinin "Bərdə”, "Kətəlparaq”, "Tərtər” və "Azadqaraqoyunlu”, Qazax Magistral qaz kəmərləri sahəsinin "Yuxarı Salahlı” Qazpaylama stansiyalarında, eləcə də Qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonun Rəncbər, Ucar rayonun Lək, Balakən rayonun Katex, İsmayıllı rayonun İvanovka, eləcə də Qazax rayonun Yuxarı Salahlı və Aslanbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Tərtər, Şabran və Qobustan rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA