16-12-2014 [12:05]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda keçirilən beynəlxalq seminar çərçivəsində Dünya Bankının nümayəndələri ilə görüş olub.
Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada əldə olunan sosial-iqtisadi nailiyyətlər barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkənin ümumi inkişaf ruhuna uyğun olaraq, əmək və sosial müdafiə sahəsində aparılan islahatları diqqətə çatdırıb. Cari ilin ötən dövründə ölkədə tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən söz açan nazir bildirib ki, bu sistem işçi hüquqlarının təminatına çevik və obyektiv, səmərəli dövlət nəzarətinə imkan verib. Həmçinin bununla işçilərin sosial və gələcək layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsas formalaşıb. Bununla yanaşı, ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin qəbulu və yardımların təyinatının avtomatlaşdırılması, bu sahədə şəffaflığın təminatı üçün yeni sistem yaradılır.
S.Müslümov əlillik təyinatında şəffaflığın təminatına
nail olmaq üçün yeni yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin
Reabilitasiyası İnformasiya Sistemi barədə də məlumat verib:
"Bu sistem əlillik müayinəsi ilə bağlı müvafiq qurumlar arasında məlumat mübadiləsinin elektron şəkildə aparılmasını və bu prosesdə məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsini nəzərdə tutur. Hazırda ölkəmizdə əlilliyin qiymətləndirilməsi sisteminin mütərəqqi beynəlxalq standartlardan irəli gələn sosial modelin tətbiqi əsasında yenidən qurulması işləri aparılır. Biz əlilliyin müəyyən olunması zamanı hazırda mövcud olan tibbi yanaşmanı deyil, sosial yanaşmanı, yəni şəxsin fiziki və əqli məhdudluğunun təsir etmədiyi potensial əmək qabiliyyətinin və funksionallığının ölçülməsi meyarını tətbiq etməyi nəzərdə tuturuq. Bu da əlilliyi olan şəxslərin əmək potensialının və fəaliyyət qabiliyyətlərinin dəstəklənməsinə yönəlib”. Nazir digər bir çox sahələrdə olduğu kimi, bu sahədə də Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb. O, Dünya Bankı ilə ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsinin əlilliyi qiymətləndirilməsi üzrə ölkəmizdə mütərəqqi sistemin formalaşdırılması işlərində də uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Dünya Bankının sosial müdafiə və əmək təcrübəsi üzrə meneceri Endryu Mason ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatları yüksək dəyərləndirib. E. Mason bildirib ki, hazırda Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi üçün aparılan islahat nəticə etibarilə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, bu insanların məşğulluq sahəsində də digər insanlarla bərabər hüquqlarının reallaşmasına xidmət edir. Dünya Bankı belə vacib iş sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Dünya Bankının əlillik üzrə baş eksperti Aleksandra
Posarak əlilliyin müəyyən olunması meyarlarının təkmilləşdirilməsində Azərbaycanın
qabaqcıl dünya təcrübəsini öyrənməkdə olduğunu və bu mühüm işlərdə Dünya Bankı
tərəfindən lazımi dəstəyin veriləcəyini bildirib.
Görüşdə milli tibbi-sosial ekspertiza sistemində tibbi modeldən sosial modelə keçidin əlilliyi olan şəxslərin sosial statuslarının bərpasında, onların inkluziv imkanlardan bəhrələnmələrində, öz potensiallarını cəmiyyətə təqdim etmələrində mühüm vasitə olacağı vurğulanıb, bu sahədə atılacaq addımlar müzakirə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi