16-12-2014 [11:09]
"Siqaret çəkmək məişət narkomaniyasıdır. Azərbaycanda istifadə olunan siqaretin həcmi il ərzində 11 milyard ədəd təşkil edir. Azad İstehlakçılar Birliyi birmənalı şəkildə hər kəsə siqaretdən uzaq olmağı tövsiyyə edir.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Siqaret Əleyhinə Konvensiyasına qoşulub, "Tütün və tütün məmulatları haqqında” qanun qəbul olunub, baxmayaraq ki, həmin qanun siqaretlərin tək-tək, eyni zamanda məktəb, təhsil, tibb müəssisələri yaxınlığında satışını qadağan edir, biz bunun əksinin şahidi oluruq”.
Bunu Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birlyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, ölkədə tütün və tütün məhsullarının reklamına qadağa qoyulsa da, Heydər Əliyev adına Hava Limanında ”Slims” siqaretinin adı böyük şriftlərlə reklam olunur:
"Elə bil hava limanı Azərbaycan ərazisi deyil. Bundan başqa, uşaqlar üçün nəzərdə tutulan saqqızları siqaret şəklində satışa buraxmaqla onlara psixoloji təsir edirlər. Bu da reklamın gizlin bir formasıdır”.
Eyyub Hüseynov qeyd edib ki, aparılan araşdırmalar zamanı əmtəə bazarında külli miqdarda, qaçaqmalçılıq yolu ilə Əfqanıstandan gətirilən radiasiyalı siqaretlər müəyyən edilib, filtrsiz siqaret istehsal edən 7 müəssisənin bağlanmasına nail olsalar da, hazırda vəziyyət heç də yaxşı deyil:
""Tütün və tütün məmulatları haqqında qanun” qəbul olunanda Azad İstehlakçılar Birliyinin sədri olaraq mən Milli Məclisdə radikal mübarizə aparıb dedim ki, siqaret qutularının üzərində buraxılma və son istifadə tarixi qeyd olunsun. Əslində siqaretlərin saxlanma müddəti bir ildən artıq deyil. Siqaretin tərkibində 400-dən çox kimyəvi element var. Tütün məmulatının ekspertizası MDB məkanında Krasnodarda aparılır. Həmin aparatın qiyməti isə 2 milyon manatdan aşağı deyil. Nədənsə tütün çox mürəkkəb ərzaq məhsulu hesab olunur.
Bu gün Azərbaycan tütün bazarındakı məhsulların 90 faizdən çoxu vaxtı keçmiş mallardır. Hətta aksizsiz tütün məhsullarının gizli satışı davam edir. Məsələn, məşhur "Viceroy”un "altdan”, həm də baha qiymətə satılan növləri var. Alıcı köşkə yaxınlaşır, "mənə o biri siqaretdən ver” deməklə satıcı onun nə istədiyini bilir”.
İstehlakçıların hüquqlarını qoruyan müdafiəçi 15 ildən artıqdır Nərimanov rayonu ərazisində keyfiyyətsiz siqaret satışı həyata keçirən qrupu ifşa edə bilmədiklərini deyib:
"Azad İstehlakçılar Birliyi illərdir Nərimanov rayonu ərazisində (xüsusilə, Səttarxan zavodunun ətrafında, Təhsil Nazirliyinin yerləşdiyi küçənin sonunda) qaçaqmal, təhlükəli siqaret satışının qarşısını ala bilmir. Bizə daxil olan məlumatlarda həmin satışı həyata keçirənlərin arxasında dövlət məmurunun durduğu deyilir. 15 ildən çoxdur qeyri-qanuni gətirilən, mənşəyi məlum olmayan, təhlükəli 15 adda siqaret gizli satılır. Biz onların kökünü kəsməkdə acizik.
Azərbaycanda satılan siqaretlər qaçaqmalçılıq yolu ilə, xüsusilə Dağıstanda imitasiya edilərək, mənşəyi məlum olmadan gətirilir. O ki qaldı gizli istehsala, əminliklə deyə bilərəm ki, Azərbaycanda gizli siqaret istehsalı yoxdur”.
Eyyub Hüseynov Azərbaycanda satılan keyfiyyətsiz tütün məhsullarının geniş vüsət almasında Bakı Tütün Fabrikini günahlandırıb:
"Siqaret arzu olunan məhsul deyil. Amma əgər Azərbaycanda təmiz məhsul olsaydı, onda Bakı Tütün Fabriki bazarın təmizlənməsi üçün işlər görərdi. Yerli istehsalçı olmalarına baxmayaraq, onlar heç bir təmizləmə işi aparmır. Bu o deməkdir ki, fabrik özü də bu işdə suçludur. Düşünürəm ki, bu, hansısa qaranlıq məqamlardan xəbər verir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi