Mərkəzi Bank 1,2 milyard dollar xərcləyib - Səbəb

img

11-12-2014 [19:53]


Məzənnənin möhkəmlənməsinin qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən cari ilin 9 ayında 1.2 mlrd. dollar həcmində valyuta alışları həyata keçirilib.

Publika.az xəbər verir ki, nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyib. Cəmi 0.03% möhkəmlənib.  Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə təsir göstərib.  

Belə ki, Avrozona, Rusiya, Ukrayna, Qazaxıstan, İsrail milli valyutalarına nəzərən manat həm nominal, həm də real olaraq möhkəmlənib. 
 
ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İran, Yaponiya, Çin, Belarus, Cənubi Koreya, İsveçrə valyutalarına nəzərən manat real olaraq ucuzlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA