Samir Şərifov neftin qiymətinin daxili bazara təsirindən danışdı

img

09-12-2014 [18:17]


Azərbaycanda 10 il ərzində buraxılan dövlət istiqrazları bazarda böyük maraqla qarşılanıb. Hazırda dünyada neftin qiymətinin aşağı düşməsi fonunda qiymətli kağızların sabit saxlanılması, bazara təsir edib.

AzərTAc-ın məlumatına görə, bu sözləri maliyyə naziri Samir Şərifov dekabrın 9-da Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEIBC) keçirilən biznes forumda Azərbaycanda biznesin və özəl sektorun inkişafı üçün yaradılan şərait haqqında danışaraq deyib. Nazir bildirib ki, özəl sektor üçün yaradılan şərait də bu fonda uğurla qorunub saxlanılıb. "Həmin sektor öz istiqrazlarının buraxılmasını tam gücü ilə təmin edə bilər”,- deyə söyləyib.

Sığorta sektoru barədə danışan nazir deyib ki, Dövlət Sığorta Agentliyi bu sahəyə ciddi nəzarət edir. "Bu sahədə ciddi irəliləyişlər nəzərə çarpmaqdadır. Bazarın həcmi də xeyli artıb. Bundan başqa sığorta sektorunda bəzi dəyişikliklər baş verib. Ola bilsin ki, 4-5 şirkət istisna olmaqla, bazarda normal və güclü sığorta şirkətləri qanun çərçivəsində fəaliyyət göstərməkdədir. Prinsip etibarı ilə Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir və müsbət nəticələr əldə olunacaq”.

Tədbirdə CEIBC-in baş icraçı direktoru Telman Əliyev qurum haqqında məlumat verərək bildirib ki, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu "Caspian Energy International Media Group”un və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən ən böyük neft və qaz şirkətlərinin intensiv dəstəyi ilə 2002-ci ildə yaradılıb. CEIBC Xəzər, Qara Dəniz və Baltik dənizi ətrafındakı 50 ölkənin yüzlərlə üzv şirkətini bir araya gətirən ən böyük və dinamik inkişaf edən regional təşkilatdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA