Tələbələrarası “Ulduz” Məntiq Olimpiadasının qalibləri mükafatlandırıldı

img

08-12-2014 [13:04]



Ulduz Şokolad Fabrikinin sponsurluğu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və "Kainat” Tədris Mərkəzinin təşkilati dəstəyi ilə tələbələrarası "Ulduz” Məntiq Olimpiadası layihəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. 
"Veysəloğlu” Şirkətlər Qrupunun yaradılmasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində həyata keçirilən bu layihəyə müxtəlif təhsil müəssisələrində təhsil alan 500-ə qədər tələbə qatılmışdır. 
Tədbirdə çıxış edən fabrik rəhbərliyi qeyd etmişdir ki, Ulduz Şokolad Fabriki hər zaman gənclərə dəstək vermiş, onların bilik və bacarıqlarının müəyyən edilməsi və artırılması istıqamətində silsilə tədbirlərini bundan sonra da davam etdirəcəkdir. 
Sonda qaliblər müxtəlif hədiyyələr ilə mükafatlandırıldı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA