Komitə yenilik edir

img

07-12-2014 [14:05]


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi geoloji xidmətlər göstərmək üçün "Google"un analitik məlumatlarından istifadə edəcək. 

Bunu Trend-ə Dövlət Komitəsinin Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev deyib.

Onun sözlərinə əsasən, "Google"un sifarişi əsasında dünyanın ən iri konsaltinq şirkətlərindən birinin apardığı araşdırma xüsusi önəm kəsb edir və Dövlət Komitəsi onu geoloji xidmətlərin iqtisadi əsaslandırılması üçün istifadə edəcək.

Gələcəkdə Azərbaycanın "AzerSky" (SPOT-7) aşağıorbitli peyk resursunun istifadə edilməsi məsələsinə gəlincə, C. Abdullayev qeyd edib ki, bu məsələyə Dövlət Komitəsinin baxış bucağından baxıla bilər: "Söhbət Yerin zondlanması peykindən gedir. Əgər peykin təsvirləri apardığımız işə uyğun olarsa, şübhəsiz ki, peykimizin resurslarından istifadə edəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA