Komitə sədri Artur-Rasi-zadəyə təklif verdi - yeni cərimələr gəlir

img

06-12-2014 [12:08]


Kənd təsərrüfatına yararlı torpaqların özbaşına tutulmasına görə cərimələrin artırılması üçün Nazirlər Kabinetinə müraciət olunub.

Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda kənd təsərrüfatına yararlı torpaqlarda xeyli sayda obyektlər tikilib. Bunların bir qismi qanunsuzdur, bir qismi isə təyinatına uyğun istifadə edilmir. Bu halların qarşısını almaq üçün cərimələr artırılması təklif olunur.

Qərib Məmmədov deyib ki, bu məsələ ilə bağlı qanun layihələri hazırlanıb, aidiyyəti orqanlar ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub: "Keçən il komitə respublika ərazisində 422 qanunvericiliyin pozulması halı aşkar edib, 150 hal üzrə 15372 manat məbləğində inzibati cərimə tətbiq edilib. Hesab edirik ki, bu hərəkətlərin qarşısının alınmasında sərtləşdirilmiş sanksiyalar xüsusi əhəmiyyət kəsb edəcək”.

Fins.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA