04-12-2014 [20:25]
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması, qanunvericiliyə edilmiş dəyişikliklər, qeyri-qanuni istifadənin qarşısının alınması istiqamətində maarifləndirici tədbirləri davam etdirir. Bu silsilədən növbəti tədbir dekabrın 4-də Yasamal Rayon İcra Hakimiyyətində keçirilib. Tədbirdə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Mənzil istismar sahələri, Mənzil tikinti kooperativlərinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Yasamal Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Yasamal rayonunda əhalinin fasiləsiz və keyfiyyətli içməli su təminatında ciddi irəliləyişlərin olduğunu bildirib: "Su təchizatının yaxşılaşdırılması ilə yanaşı su itkilərinin azaldılması, yığımın artırılması vacib məsələdir. Bizdə məlumat var ki, bəzi abunəçilər sayğacların düzgün oxunması üçün qapını açmaqdan imtina edir, sayğacı olmayanlardan bəzilərinin mənzilində bir neçə nəfər yaşasa da, xidmət haqqını bir nəfərə görə ödəyir. Belə halların aşkarlanıb aradan qaldırılması üçün müvafiq qurumlar rayon Sukanal idarəsi ilə əlaqəli işləməli, əhali arasında maarifləndirmə işləri gücləndirilməlidir”.
"Azərsu” ASC-nin sədr müavini Mahir Məmmədov qeyd eDİB ki, istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə bütün ölkə ərazisində layihələr həyata keçirilir: "Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi, eyni zamanda son illər Yasamal rayonunda görülmüş işlər nəticəsində fasiləsiz içməli su alan əhalinin sayı 40 faizdən 80 faizə qədər yüksəlib. Cəmiyyətimizin həyata keçirdiyi ən böyük layihələrdən olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. Bu qurğu istismara verildikdən sonra, Bakıətrafı qəsəbələr, o cümlədən Pirallahı adasının sakinləri keyfiyyətli içməli su ilə təmin olunacaq”.
"Azərsu” ASC-nin Hüquq departamentinin rəisi Faiq Kazımov su təchizatı və kanalizasiya xidmtələrindən istifadə ilə bağlı cinayət məcəlləsinə və inzibati xətalar məcəlləsinə edilmiş dəyişikliklər barədə məlumat verib, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nda su təchizatı və kanalizasiya müəssisələrinin, həmçinin istehlakçıların hüquq və vəzifələri, suölçən cihazların quraşdırılması və istismarı, suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtləri, istehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi, kanalizasiya şəbəkə və qurğularından istifadəyə dair xüsusi tələblərin öz əksini tapdığını diqqətə çatdırıb.
"Azərsu” ASC-nin Abonent işləri departamentinin rəis müavini Elşad Quliyev yığım səviyyəsinin yüksəldilməsi məqsədi ilə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, ən son məlumata görə Yasamal rayonu üzrə 75 min abunəçinin təqribən yarısının debitor borcu vardır. Sudan istifadə qaydalarının təsdiqlənməsi, eləcə də Yasamal rayonunda yeni müştəri informasiya sisteminin tətbiqi inventarizasiyanın aparılması, nəzarət tədbirlərinin gücləndirilməsi, yığım səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərib.
Daha sonra tədbir iştirakçılarının sualları cavabılandırılmış, onlara tövsiyə xarakterli məlumatlar verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi