"Başak-İnam" sığorta şirkətinin lisenziyası bərpa edilib

img

03-12-2014 [12:00]


Azərbaycan Maliyyə Nazirliyi "Başak-İnam Sığorta Şirkəti" ASC-nin lisenziyasının qüvvəsini bərpa edib. Bu barədə "Report"a Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.


Qurum bu qərarın şirkətin lisenziyasının qüvvəsini dayandırılmasına əsas verən halın aradan qaldırılmasından sonra, yəni məcmu kapitalın qanunvericiliklə müəyyən olunmuş sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğunlaşdırılması təmin edildikdən sonra verildiyini açıqlayıb.


Xatırladaq ki, sığorta şirkətləri üçün məcmu kapitalın minimum tələbi 5 mln. manatdır və sonuncu dəfə "Başak-İnam"da minimum tələbin 10%-nin yerinə yetirilmədiyi aşkar edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA