Baş Şirvan Kollektor İdarəsində nə baş verir? - İddia

img

02-12-2014 [23:08]


Baş Şirvan Kollektor İdarəsində büdcə vəsaitlərinin talan edilməsi ilə bağlı maraqlı məlumat yayılıb.

İdaərinin adının şəkilməsini istəməyən əməkdaşı yazır ki, rəis Əhmədağa İbrahimov büdcədən ayrılan vəsaiti heç bir material və avadanlıq alınmadan birbaşa mənimsəyir: "Sənədləşmələr sadəcə kağız üzərində aparılır. Bəzən mənimsəmələrdə başqa şirkət və firmalar da iştirak edir. Guya hər hansı işin və ya təklifin müqabilində vəsaitlər firmalara köçürülür və nağdlaşdırılaraq mənimsənilir. Başı dövlət malının talanmasına qarışan Əhmədağa İbrahimov kollektorların lildən təmizlənməsini tamamilə unudub. Nəticədə hektarlarla məhsuldar ərazi şoranlaşmaya məruz qalıb. Əhali pay torpaqlarından səmərəli şəkildə istifadə edə bilmir. Respublikanın ən mühüm hidrotexniki qurğusu hesab olunan, Kür çayının altından keçən ”dükker" adlı qurğu hazırda bərbad vəziyyətdədir. "Dükker”in giriş və çıxışını lil qatı örtüb, üzərində yulğun ağacları bitib.

İdarə işçisi Xalqxeber.Az-a göndərdiyi məktubunda səthi araşdırmanın aparılacağı təqdirdə böyük maxinasiyaların ortaya çıxarılacağını xüsusi olaraq vurğulayır: "Bütün körpülər, su keçirən qurğuların əksəriyyəti uçulub tökülüb. Kollektor və hidrotexniki qurğuların heç birində faktiki olaraq əsaslı və cari təmir işləri aparılmayıb. Kağız üzərində isə bunun əksi yazılıb. Bu yolla külli miqdarda vəsait mənimsənilib. Pirli kəndi yaxınlığındakı Şor stansiyasında bütün elektrik avadanlıqları - nasoslar, transformatorlar, kabellər satılıb. Əvəzində isə sakinlər özləri arx çəkib suyu öz axını ilə axıdırlar. 

Nəticədə suyun çox toplandığı hissə axır, qalıq su isə meliorasiya olunmuş torpaqların yenidən şoranlaşmasına səbəb olur. İdarənin balansında olan texnikaya verilməli olan ehtiyat hissələri yalnız kağız üzərində öz əksini tapır. Faktiki isə ehtiyat hissələrinin heç biri idarəyə gətirilmir. Təbii ki, pullar birbaşa rəisin cibinə gedir. O da pulun cüzi hissəsini idarənin bəzi işçiləri ilə bölüşdürür ki, baş verən maxinasiyaların üstü açılmasın. İdarəyə verilmiş 3 ədəd ”Hunday" ekskavatorları isə müxtəlif şirkətlərə icarəyə verilir. Bu vəsait də idarənin büdcəsinə deyil, birbaşa rəisin cibinə gedir. Mənimsəmə halları təkcə bununla bitmir. İdarəyə az miqdarda yanacaq gətirilir. Bu, gözdən pərdə asmaq üçündür. Yanacaq əsasən Şirvanda yerləşən neft bazasında satılır".

Məktub müəllifi xahiş edir ki, baş verənlərlə bağlı araşdırma aparılsın və dövlət malının talan edilməsininqarşısıalınsın. Qarşı tərəfin mövqeyini çap etməyə hazırıq.

xalqxeber.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA