02-12-2014 [17:17]
Azercell Telekom texnoloji yeniliklərlə maraqlanan hər kəsi 2-5 dekabr 2014 –cü il tarixlərində Baku Expo mərkəzində keçirilən BakuTel Beynəlxalq Telekommunikasiya sərgisinə dəvət edir. Hər zaman olduğu kimi, 2014-cü ildə də BakuTel iştirakçılarını Azərbaycanın lider mobil operatorunun stendində ən müasir texnologiyalar, mobil cihazlar vasitəsilə insan həyatını həm asanlaşdıran, həm də rəngarəng edən alternativ məhsullar və əlbəttə ki, hədiyyələrlər dolu maraqlı əyləncəli proqram gözləyir. İldən-ilə Azercell-in Bakutel sərgisində təqdim etdiyi məhsullar və innovativ tapıntılar ölkə miqyasında öz yeniliyi ilə seçilmişdir. Bu il də şirkət ziyarətçilərini dünyanın ən son texnologiyalarının köməyi ilə təəccübləndirmək və əyləndirmək arzusundadır.
Beləliklə, Azercell-in yeni texnologiyalar guşəsində ziyarətçilər artıq bir neçə istiqamətdə yeniliklərdən faydalana biləcəklər. Bu innovativ texnoloji həllərə Mobil Sağlamlıq, Valideyn Nəzarəti Sistemi, Barama İnnovasiya Mərkəzinin təqdim etdiyi Təhlükəsizlik Sistemi və Google Glass eynəyinin 2-ci versiyası və b. aiddir.
Bundan əlavə, BakuTel 2014 sərgisində Azercell ilk dəfə olaraq dünyada "Augmented Reality” - Genişləndirilmiş Realliq kimi tanınan texniki yeniliyi təqdim edir. Azercell əməkdaşının şəkli olan plakata xüsusi proqram yüklənmiş cihazı – mobil telefonu və ya planşeti yaxınlaşdırdıqda, telefondakı şəkil canlanaraq Azercell-in bu sərgidə göstərdiyi yenilikləri barədə söhbət etməyə başlayır. Bu xidmət vasitəsilə Azercell öz abunəçilərinə ənənəvi ikiölçülü reklam plakatlarını üçölçülü formatda, yəni video formatda izləməyə imkan verir. Yaxın gələcəkdə Azercell bir çox reklamlarını Genişləndirilmiş Reallıq üzərindən təqdim etməyi planlaşdırır. Qeyd edək ki, bu sistem vasitəsilə sərgi zamanı seyrçilər mobil cihazdan başqa maraqlı vasitələri də sınaya biləcəklər.
Ən qabaqcıl texnologiyaların avtomatlaşdırılmış sistemi olan M2M (Machine to Machine) daha rahat və maraqlı yaşayış tərzi üçün çoxlu sayda funksiyaları yerinə yetirməyə imkan verir. Mobil Sağlamlıq Sistemi (Mobile Health System) pasientin səhhəti ilə bağlı məlumatı təhlil edərək, dialoq rejimində simptomların səbəbini araşdırmağa çalışır. Ehtiyac olduğu halda, məlumatlar mərkəzə göndərilərək, pasientin həkiminə çatdırılır.
Valideyn Nəzarəti Sistemi (Parental Control) valideyinlərə öz azyaşlı övladlarını nəzarətdə saxlamaq və onlarla istədikləri an əlaqə qurmaq üçün əla vasitədir. Azyaşlı uşaqların istifadəsi üçün çox rahat olan xüsusi kiçik telefonlar vasitəsilə uşaqlar asanlıqla əvvəlcədən müəyyənləşdirilmiş nömrələrə zəng edərək, valideynləri ilə əlaqə qura bilərlər. İnternet üzərində çalışan idarə paneli vasitəsilə isə valideyn öz övladının harada olması, məktəbi və ya bağçanı tərk etməsi və hansı marşrutla hərəkət etməsi barədə məlumat ala bilər. Tədris zamanı uşağın diqqətinin yayınmaması məqsədi ilə telefonun istifadəsi avtomatik şəkildə məhdudlaşdırıla bilər. Xidmətin bir sıra digər unikal nəzarət və təhlükəsizlik özəllikləri də mövcuddur. Bütün bunlar haqqında ziyarətçilər Azercell stendində daha ətraflı öyrənə biləcəklər.
Builki sərgidə Azercell-in təqdim etdiyi "Google Glass” interaktiv eynəyi vasitəsilə istifadəçi yalnız səsli əmrlər verməklə axtarış apara, şəkil və ya video endirə və dostları ilə paylaşa bilər.
Bundan əlavə, Azecell-in Barama İnnovasiya Mərkəzi tərəfindən təqdim edilən "Sumaks” Evdə Təhlükəsizlik Sistemi gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə etməyə imkan verəcək. Məsələn, istifadəçi evdə olmadığı zaman qaz, su sızması, qısaqapanma, elektrik cihazların söndürülməsi və yaxud işə salınması və s. proseslərin baş verdiyi halda sistem tərəfindən avtomatik olaraq mobil telefonuna gələn SMS-lə məlumatlandırılmış olur.
Göstərilən bütün bu həllər istifadəçilərə daha rahat şəkildə öz gündəlik fəaliyyətlərini planlamağa və onlardan faydalanmağa imkan verir.
TeliaSonera şirkətinin vitse-prezidenti və Teliasonera Avrasiya şirkətinin prezidenti Erik Holberq TeliaSonera və Turkcellin Azərbaycanda sərmayələr yatırmaqda davam edəcəyini bildirdi. Bununla bərabər, Azercell-in stendində qonaqları Güzgü-adamlar və DJ ReacTable əyləndirəcək. Dəyərli hədiyyələr qazanmaq istəyən sərgi ziyarətçiləri isə tədbir ərzində müxtəlif müsabiqələrdə, interaktiv oyunlarda iştirak edə biləcəklər. Odur ki, Azercell hamını Bakutel sərgisindəki guşəsində səbirsizliklə gözləyir!







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi