“BakuTel” başlayır - VİDEO

img

01-12-2014 [17:05]


Sabah Bakı Ekspo-Mərkəzdə "Telekomunikasiya və İnformasiya texnologiyaları” sərgisi öz işinə başlayacaq. 

ANS TV-nin məlumatına görə, bu il 20 illiyini qeyd edən "Baku Tel” 2014 sərgi və konfransı dekabrın 5-nə dək davam edəcək. 20 il bundan öncə cəmi 12 şirkətin iştirakı ilə start götürən "Telekomunikasiya və İnformasiya texnologiyaları” sərgisində bu il 500-də çox qurum təmsil olunacaq. Onların arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqatorları və məşhur brendlərin distribyutorları var. 

Bu dəfəki sərgidə ilk dəfə olaraq 150 illik tarixə malik Beynəlxalq Telekomunnikasiya İttifaqı öz stendi ilə iştirak edəcək. Bundan başqa sərgi tarixində ilk dəfə nüvə texnologiyaları nümayiş etdiriləcək. 

Sərgi çərşivəsində əşyaların interneti və elektron hökumət, inkişaf meylləri və perspektivləri mövzusunda konfransların təşkil olunması planlaşdırılır. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA