Parlament şəhid ailələrinin probleminə baxdı: “Hökumətə məktub göndərəcəyik”

img

28-11-2014 [13:33]


Şəhid ailələrinin Milli Məclisin qarşısında aksiya keçirərək qaldırdığı problemi parlamentin bugünkü iclasında deputatlar müzakirəyə çıxarılıb.

Modern.az saytının məlumatına görə iclasda çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hökumət üzvlərindən, Dövlət Sosial Müdafiə Fondunun sədrindən xahiş edib ki, şəhid ailələrinin qaldırdığı problemləri diqqətdə saxlasınlar və həlli üçün addımlar atsınlar:

"Təbii ki , onlar üçün evlər tikilir, maşınlar verilir. Şəhid ailəri, Qarabağ əlilləri bu gün ölkə prezidentinin ətrafında birləşiblər. Onların problemini həll etmək lazımdır.
Oqtay müəllim qanunvericilik baxımından nə lazımdırsa, onu da həll edək. Eyni zamanda bu işləri sürətləndirmək lazımdır ki, onlar əziyyət çəkib bura bir daha gəlməsinlər”.

Deputat Vahid Əhmədov isə şəhid ailələri və Qarabağ əliləri üçün nəzərdə tutulan sığorta pullarının ödənilməsinin problem olaraq qaldığını söyləyib

"Bu pulu haqqı çatan ailələrə ödəmək lazımdır. Şəhid ailələri üçün ödəniləcək sığortanın miqdarı 11 min manatdır. Bu elə də çox vəsait deyil. Maliyyə Nazirliyi bunun ödənilməsini təmin edə bilər”.

Spiker Oqtay Əsədov isə bildirib ki, məsələnin həlli Maliyyə Nazirliyinin səlahiyyətində deyil:

"Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib. Məhkəmə bizə məktub da göndərib ki, Milli Məclis bununla bağlı qərar qəbul etsin. Biz də məsələni araşdırıb hökumətə məktub göndərəcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA