"Bakı-Tiflis-Ceyhan" boru kəməri layihəsi çox əhəmiyyətlidir" - ABŞ-dan açıqlama

img

22-11-2014 [15:42]


"Amerika Birləşmiş Ştatları üçün "Bakı-Tiflis-Ceyhan" boru kəməri layihəsi çox əhəmiyyətlidir".

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu bu gün İstanbulda keçirilən energetika sammitində ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib.

O deyib: "Əvvəllər heç kim inanmırdı ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu genişmiqyaslı, beynəlxalq layihəni reallaşdırmağı bacaracaq."

C.Bayden diqqətə çatdırıb ki, neft kəmərinin tikintisi Azərbaycanın liderliyi ilə baş tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA