Bakıda çörəkdən əşya çıxdı, yeyənin dişini sındırdı - VİDEO

img

19-11-2014 [14:19]


Bakı sakinin aldığı çörəkdən plastik əşya qırıntısı çıxıb.

ANS TV-nin məlumatına görə, ərzaq məhsullarının içərisində cürbəcür əşyalar və ya həşəratların aşkarlanması hallarına tez-tez rast gəlinir. Xüsusilə də sosial şəbəkələr bu cür informasiyaların yayılmasında aktiv iştirak edir. Yetərincə ictimai qınaq olsa da belə hallar yenə də yaşanmaqdadır. 

Bu dəfə də paytaxt sakinin aldığı çörək onu heyrətləndirib. Dükanlardan birindən alınan qara çörəyin içindən plastik əşya qırıntısı çıxıb. Alıcının sözlərinə görə, çörəyin içindən bir yox, bir neçə ədəd belə yad cisim çıxıb. Bunun nəticəsində alıcı dişini də sınıdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA