Deputat banklardan şikayətləndi

img

19-11-2014 [12:36]


"2015-ci ildə ölkə miqyasında qazlaşma başa çatmalıdır”. 

ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin bu günkü plenar iclasında deputat Fəzail Ağamalı 2015-ci ilin dövlət büdcəsi ilə bağlı çıxış edərkən deyib.

Deputat bildirib ki, kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət yetirilməlidir. Emal müəsissələrinin yaranmasına imkan yaradılmalıdır: "Bu sahədə xüsusi güzəştlərin tətbiqinə ehtiyac var. Bununla yanaşı, daxili bazarı da qorumaq lazımdır. Xarici məhsulların ölkəyə gətiriliməsi yerli fermerlərin uduzmanası səbəb olur. Bu məsələ də nəzərə alınmalıdır. Xaricdən gələn meyvə-tərəvəzlərə rüsumun az olması ölkə daxilindəki fermerlerin məhsulunu bazara çıxarıb satmasına çətinlik yaradır. Bu vəziyyət düzəlməlidir”.

Parlament təmsilçisi kommersiya banklarından da şikayət edib. Onun sözlərinə görə, faizlər həddindən artıq çoxdur. 

"5 milyona qədər əhalinin banklardan kredit götürdüyü xoşagəlməz haldır. Bunun qarşısını ala bilmirlərsə, təklif edirəm ki, biz də Mərkəzi Banka bu istiqamətdə təkliflər verək. Bununla da əhalini kommersiya banklarının nəhəng mədəsindən qurtara bilərik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA