18-11-2014 [10:58]
İqtisadçı ekspert Vüqar Bayramov bu barədə fikirlərini "facebook” səhifəsində paylaşıb. Onun sözlərinə görə, tələbin azalmasına baxmayaraq, ötən ay, eləcə də noyabrın geridə qalan günlərində hələlik qiymət azalması qeydə alınmayıb. Amma dünya bazarındakı son dəyişikliklər Bakının mənzil bazarına da təsirsiz ötüşməyəcək.
Vüqar Bayramov qeyd edir ki, neftin ucuzlaşması davam edərsə, bu, əmlak bazarında tələbatın azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq: "Rusiya iqtisadiyyatında müşahidə edilən durğunluq şimal qonşumuzda yaşayan azərbaycanlıların da maliyyə vəziyyətinə mənfi təsir göstərir. Monitorinq və empirik sorğular göstərir ki, mənzil bazarına tələbatın təxminən üçdə biri MDB-də, xüsusən də Rusiyada yaşayan azərbaycanlıların payına düşür. Biznesi zəifləyən həmyerlilərimiz artıq paytaxtın mənzil bazarında ciddi tələb formalaşdıra bilmirlər. Başqa tərəfdən, Rusiyada yaşayan və bizneslə məşğul olan azərbaycanlıların böyük əksəriyyətinin Bakıda mənzili var. Hətta Rusiyada yaşayan həmyerlilərimizin bir qismi Bakıda 1 deyil, daha çox mənzilə sahibdir. Həmyerlilərimizin biznesinin zəifləməsi onların Bakıdakı mənzillərini satışa çıxarmasına və təklifin artmasına səbəb ola bilər”.
İqtisadçı Bakının mənzil bazarındakı yeni qiymət yüksəlişləri üçün real zəmin olmadığını, eləcə də paytaxtda infrastrukturun genişləndirilməsilə bağlı aparılan söküntülərin mənzil bazarına böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmadığını deyir. Onun fikrincə, Rusiyadakı durğunluq və neftin qiymətindəki kəskin azalmalar davam edərsə, Bakının mənzil bazarında da qiymətlər ucuzlaşacaq.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət Ibrahimov isə "Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, Rusiyadakı böhranın Azərbaycanın mənzil bazarına təsiri hiss olunan dərəcədədir: "Rusiyada fəaliyyət göstərən azərbaycanlılar vəsaitlərinin bir hissəsini investisiya formasında Azərbaycanın daşınmaz əmlak bazarına yatırıblar. May ayından sonra bu yatırımlarda azalmalar müşahidə edilir, son aylarda isə minimum həddə çatıb. Aktivliyin aşağı düşmə səbəblərindən biri də budur. Neft birjalarındakı qiymətlər, Rusiyadakı vəziyyət, rublun kursunun məzənnəsinin qeyri-stabil olması, sürətlə aşağı düşməsi mənzil bazarına öz təsirini göstərir. Ötən ilin oktyabr ayı ilə müqayisədə bu ilin oktyabr ayında aktivlik 30 faizdən çox aşağı düşüb. Bir sözlə, Rusiyadakı böhran Azərbaycanın mənzil bazarına təsir göstərib”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi