“Bakcell”dən möhtəşəm fırıldaq kampaniyası - FOTOLAR

img

17-11-2014 [19:10]


"Bakcell” şirkəti özünün 2-qat bonus kampaniyası ilə abunəçilərinə fırıldaq gəlir.

Mia.az xəbər verir ki, bununla bağlı operatorun xidmətindən istifadə edən bir neçə abunəçi aznews.az-a şikayət edib.

Belə ki, "Bakcell” şirkətinin təklif etdiyi kampaniyaya qoşulan abunəçilər balanslarına iki manat yükləməklə 2 AZN əvəzinə 4 AZN bonus almaq imkanı qazanırlar. Sadəcə, 5522-yə 1 göndərməklə kampaniyaya qoşulmaq olar. Bonus 7 gün etibarlıdır və ölkədaxili zəng və SMS üçün istifadə oluna bilər.

Lakin abunəçi kampaniyanın təklif etdiyi kimi 2 manatlıq bonusunu ala bilmir. Bu azmış kimi balansına yüklədiyi 2 manatdan da məhrum olur. Bir sözlə, Əli aşından da olur, Vəli aşından da. Problemlə bağlı operatorun müştəri xidmətinə müraciət etdikdə abunəçinin "Bakcell”in əsas ofisinə yaxılaşmağı məsləhət görürlər. Vətəndaşlar isə iki manatdan ötrü nə əsəblərini, nə də vaxtlarını itirmək istəmirlər.

"Bakcell” şirkəti məsələyə münasibət bildirib. Şirkətinin mətbuat xidmətinin rəhbəri İlham Məmmədov aznews.az-a deyib ki, abunəçiyə gələn SMS-dən də göründüyü kimi, balansa 4 AZN yüklənib. Lakin qazanılan bonus əsas pul balansında artmış məbləğ kimi görünmür. Odur ki, abunəçi 3 yazıb 5222 qısa nömrəsinə göndərməklə (bu SMS pulsuzdur) bonus balansını yoxlaya bilər.

"Bakcell” abunəçiləri şirkətin dediyi kimi, bütün tələb olunan prosedurlara əməl etsələr də, müştərilər kampaniyada təklif olunan bonusu ala bilmirlər.

Bu, şəkillərdə də öz əksini tapıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA