"...namusları, vicdanları çatmadı" - Deputatın marketində daha bir fırıldaq

img

17-11-2014 [11:49]


Dünən komanda.az idman portalının köşə yazarı Emin Tarverdiyev "Facebook"da "Favorit" marketlər şəbəkəsindən şikayətlənən status paylaşıb.

Mia.az köşə yazarının həmin statusunu təqdim edir:

"Bir az əvvəl məhəlləmizdəki "Favorit" (Ə. Haqverdiyevlə Z. Xəlilov küçəsinin kəsişməsi) marketə getmişdim. Az məhsul aldığımdan nədənsə piştaxtadakı qiymətlərə baxdım və təsadüfdənmi yoxsa dəfələrlə bu marketdəki aldadıldığıma görə idimi ki, qiymətlər yadımda qaldı. Bəlkə də 250-300-dək yumurta qnezdasının üzərinə böyük sarı kağızda belə yazılmışdı - "Cici Kənd Yumurtası" - 1,99 AZN (10 ədədi). 

Kassaya yaxınlaşdım, pulu ödəyib çıxanda kassa çekində yumurtanın qiymətinə baxdım - 2,05. Kassir xanıma yaxınlaşdım, dedim ki, 6 qəpik bir şey deyil, niyə aldadırsınız bu xalqı? Xanım qız mənə inanmadı, mənimlə birlikdə yumurta satılan piştaxtaya yaxınlaşdı və özü şahid oldu - 1,99. Orda xidmət edən satıcı oğlanı çağırdı və "qardaş" nala-mıxa vurmağa başladı. Qayıtdıq kassaya və bir daha etiraz etməyə başladım. Kassir xanımdan tələb etdim ki, administartoru çağır. Gəldi, kaş ki, gəlməz olardı. Yarısı yerdə, yarısı göydə olan, mənimlə 1 dəqiqəlik danışmağa heç dil səviyyəsi olmayan Elçin adlı birisi gəldi, yalanın biri qəpikdən də ucuz qiymətə. Bədbəxtin balası, başını bu tip fırıldaqlara qarışdırmısan, heç olmasa bu fırıldaqlara cavab tapmağı da bacar da. Ağzından horra tökülür, mənə moizə oxuyur. Baxın, "Favorit" marketin iç üzü budur. 

Mənə toxunan başqa şeydir. Görün burda gündə nə qədər vicdanla, namusla, alın təri ilə pul qazanan, ailəsini halallıqla saxlayan ailələri burda aldadırlar? Niyə? Kimin hesabına? 

Dostlarım, bir daha bəyan edirəm ki, "Favorit" marketdə bir daha bu kimi hallarla rastlaşsam onlarla məhkəmədə görüşəcəyik.

P.S Bu arada yalanlarını ifşa etsəm də, 6 qəpiyimi qaytarmağa qeyrət-namusları, vicdanları çatmadı...".

Onu da qeyd edək ki, bu marketlər şəbəkəsinin deputat Hacı Madər Musayevə məxsus olması haqda mətbuatda onlarla təkzib edilməyən yazılar dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA