Bu il Azərbaycana gətirilən avtomobillərin sayı

img

14-11-2014 [12:17]


2014-cü ilin doqquz ayında Azərbaycanda 589,8 milyon avtomobil satılıb. Bu barədə Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. "2014-cü ilin doqquz ayında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 566 milyon manatlıq minik avtomobilləri, 23,8 milyon manatlıq isə digər avtomobillər satılıb”. Məlumatda həmçinin deyilir ki, "doqquz ay ərzində ölkəyə 43496 ədəd minik avtomobili, 4488 ədəd digər avtomobillər gətirilib. İdxal olunan avtomobillər əsasən Koreyadan, Almaniyadan, Yaponiyadan, Rusiyadan, Çindən, İrandan, Özbəkistandan, Türkiyədən, Hindistandan, ABŞ-dan, Büyük Britaniyadan, Çexiyadan, Fransadan, İtaliyadan gətirilib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA