ARDNŞ 2014-cü ilin oktyabr ayı üzrə ödənişləri açıqladı

img

13-11-2014 [13:14]


Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin oktyabr ayında dövlət büdcəsinə 151 milyon 691 min manat vəsait ödənilib.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Şirkətinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, bu rəqəm 2013-cü ilin oktyabr ayı ilə müqayisədə 12 milyon 715 min manat və ya 109,1 faiz çoxdur:

"Ümumiyyətlə, 2014-cü ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 564 milyon 548 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 240 milyon 480 min manat və ya 118,2 faiz çox olub. 

Bundan əlavə, cari ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 369 min manat vəsait köçürülüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 118 milyon 916 min manat təşkil edib". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA