Azərbaycanla bağlı bədbin proqnoz

img

07-11-2014 [14:59]


"Dünyanın əmtəə və maliyyə bazarlarında gedən proseslər Azərbaycanın da strateji ehtiyatlarına zərbə vurur". 

Bunu iqtisadçı Samir Əliyev bildirib. Onun sözlərinə görə, neftin ucuzlaşması və dolların bahalaşması fonunda 2014-cü ilin III rübündə Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb:

"Azalma beynəlxaq ehtiyatlarda da müşahidə edilib. Beynəlxalq ehtiyatların xarici valyutada olan aktivləri sentyabr ayında 340,18 milyon dollar azalıb. Sentyabr ayı ərzində xarici valyutada olan aktivlərin həcmi $17,783 milyardan $17,443 milyarda düşüb. Azalma digər maddələr üzrə də olub. SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) üzrə göstərici isə $233,19 milyondan $238,29 milyona düşüb", - deyə mütəxəssis söyləyib.

Ekspert güman edir ki, azalma noyabr ayında da davam edəcək. Çünki neft 80 dollara yaxınlaşır, dollar isə digər valyutalar nisbətən bahalaşması ehtiyatlarımıza mənfi təsiri göstərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA