07-11-2014 [14:08]
Son illər Türkiyə kinemotoqrafçıları yaxşı filmlər çəkirlər. Amma son illərin istehsalı olan «Son nəfəs-Vətən sağ olsun» filminə baxanda çox təsirlənmişdim.
Film dağ başında yerləşən zastvada baş verən hadisədən və PKK terrorçularının qəfil hücumu ilə komandir də daxil olmaqla, 20 əsgərin şəhid olmasından bəhs edir. Orda maraqlı bir nüans var. Deməli, komutan mülki həyatda bankda işləyən bir əsgərdən ona kredit verilməsinin mümkünlüyünü soruşur. Bankir əsgər isə «Nəsə girov qoymasanız, kredit götürməniz çətin məsələdir» cavabını verir. Komutan isə əliylə göstərərək «Bax, mən bu dağı, dərəni, torpağı girov qoyuram, çünki bundan başqa heç nəyim yoxdur», - deyir. Əsgər başını aşağı salaraq, sakitcə «o zaman kredit ala bilməyəcəksiniz» pıçıldayır. Əsgərin bu cavabından sarsılan komutan «Mən bu dağda canımı fəda edirəm, amma bir qəpik qiyməti yoxmuş», - deyir.
Bu filmi xatırlamağımın səbəbi var. Bu günlərdə elektron poçtuma bir məktub gəlmişdi. Təxmini mahiyyəti belə idi: Kəlbəcər rayonundan məcburi köçkün olan, hazırda isə Göygöl rayonu, Əliağa Şıxlinski küçəsi 3 ünvanında yaşayan Elxan Abbasov düşdüyü acınacaqlı vəziyyətdən yazır. Qarabağ müharibəsi veteranı olan Elxan Abbasov yazır ki, 2014-cü ildə ”Unibank”ın Gəncə filialından 1600 manat kredit götürüb. Ilk üç ayın kreditini qrafik üzrə ödəyib. Amma sonra xəstələnib və imkansızlıqdan krediti ödəyə bilməyib. Az keçməmiş Kəlbəcər rayon Məhkəməsinin icra şöbəsinin rəisi zəng vurub məhkəmənin həmin pulun ödənilməsi barədə qərar çıxardığını bildirib. Keçmiş döyüşçü banka gedib müraciət edib ki, hər ay veteran pulundan 50 manat ödəməyə imkanı çatır. Hətta 50 manat ödəyib də. Oktyabrın 24-də icra məmuru Rafiq Əsgərov onu idarəyə çağırıb və borcu ödəmədiyinə görə girov saxlayıb. Deyib ki, ya həmin pulu ödəməlisən, ya da səni həbs edirik. Çıxılmaz durumda qalan keçmiş döyüşçü qohumlarına zəng edib, onlar gəlib veteranı zaminə götürüblər.
Bir müddət öncə də hansısa bir rayonda Qarabağ qazisi ilə bank arasında analoji mübahisə yaranmışdı. O zaman evini girov qoyan qazi krediti ödəyə bilmədiyi üçün evini itirmək təhlükəsiylə üz-üzə qalmışdı. Ancaq qazi və döyüşçü dostları onun borcunu ödəyərək evsizlikdən qurtarmışdılar.
Uzağa getməyək, məşhur və mərhum Qazi Zaur Hüseynov da məhz kredit borclarına görə cana doymuşdu, axırda da özünə od vurub həyatla vidalaşdı.
Neçə vaxtdır ki, şəhid ailələri icbari sığorta pulunu ala bilmədikləri üçün Milli Məclisin, Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirirlər, haqlarını tələb edirlər.
Bu utancverici faktların sayını uzatmaq olar, amma daha çox sadalayıb söz sahiblərini utandrmaq istəmirəm. Amma bir ölkənin, bir millətin tarixində bu qədər qara ləkənin olması ayıbdır. Şəhidin ruhunu, qazinin ayağını, döyüşçünün özünü girov saxlamağın isə bir adı var-şərəfsizlik!
Şəhid canını, qazi əl-ayağını, döyüşçü illərini bu millətə qurban verir, amma bu millət o qurbanları girov saxlayacaq qədər alçalanları öz içində barındırır…
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb