Nazirlik yeni qanunsuzluqlar aşkar etdi

img

07-11-2014 [12:56]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin oktyabr ayında iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə ümumilikdə 1954 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, aşkar edilən hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, aidiyyəti işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,7 faizi (150 min 398 manat) dövlət büdcəsinə ödənilib. Bu göstərici ötən ilin oktyabr ayına dair müvafiq göstərici ilə müqayisədə 19,5 dəfə çoxdur.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsində məqsəd işçi vətəndaşların əmək qanunvericiliyindən irəli gələn hüquqlarının, habelə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına münasibətdə işəgötürənlərin məsuliyyətinin artırılmasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA