Azərbaycanda şirkət 2 milyon manat cərimələndi

img

06-11-2014 [12:43]


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı tanınmış şirklətin fəaliyyətində qanun pozuntuları aşkarlanıb.

Mia.az nazirliyin saytına istinadən xəbər verir ki, "Oral-B Pro-flex" diş fırçasının, "Duracell" batareyasının, "Ariel" yuyucu tozunun və "Blend-a-med Pro-expert" diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib.

Bununla əlaqədar həmin reklamların sifarişçisi olan "Prokter & Gembl Azərbaycan Servisləri" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Prokter & Gembl Azərbaycan Servisləri" MMC-yə 2 milyon 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında araşdırmalarını davam etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA