Bahalaşma rəsmən təsdiqləndi

img

05-11-2014 [17:36]


Bu ilin oktyabrında ərzaq məhsullarının qiymətləri 0,6 faiz bahalaşıb.

Publika.az-ınməlumatına görə, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Ay ərzində yumru düyünün, brınza pendirinin, almanın, armudun, narın, kələmin, göyərtinin, göy lobyanın, şirin bibərin, baş soğanın, şəkərin və müxtəlif içli şokoladlı konfetlərin qiymətlərində ucuzlaşma, buğda ununun, manna yarmasının, peçenyenin, toyuq və əlavə toyuq məhsullarının, balıq məhsullarının, quru südün, yumurtanın, günəbaxan yağının, mərcinin və şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA