Deputatdan Kənd Təsərrüfatı Nazirliyinə ittiham

img

05-11-2014 [17:14]


Milli Məclis komitələrində bugünki büdcə müzakirələri zamanı çıxış edən deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı kənd təsərrüfatındakı problemlərə toxunub. O qeyd edib ki, ölkə prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafını ilə bağlı göstərişlər versə də, bu sahə ilə bağlı problemlər hələ də mövcuddur.
Deputatın sözlərinə görə, kənd təsərrüftı ilə bağlı inkişaf nəzərə çarpmır.

"Azərbaycanın kənd təsərrüfatı minimum şəkildə istifadə olunur, bu sahədə irəliləyiş yoxdur. Mən təklif edirəm ki, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün qonşu Türkiyənin modeli və təcrübəsi öyrənilsin və tətbiq edilsin. Azərbaycanda kənd təsərrüfatı sahəsi yüksək səviyyəyə qalxa bilər. Kənd təsərrüfatı ilə bağlı kadrlar da azdır. Kifayət qədər diplomlu şəxslər var, amma savadlı kadrlar yoxdur”- deyə Fəzail Ağamalı bildirib.

O həmçinin xırda və orta sahibkarlıqla bağlı problemlərin mövcud olduğunu da dilə gətirib. Deputatın sözlərinə görə, bu sahənin inişafı üçün stimullaşdırıcı addımlar atmaq lazımdır: "Təkcə kredit ayırmaqla iş bitmir”.

Fəzail Ağamalı elmə ayrılan pulun azlığından da şikayətlənib. Deyib ki, elm sahəsinə ayrılan vəsaitlər vahid formatda qonorar şəklinə keçməlidir. O, həmçinin partiyaların maaliyyələşməsi məsələsinə də toxunub. Bildirib ki, dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin miqdarı artırılmalıdır.
Deputat bunu partiyalara olan marağın azalması ilə izah edib. Onun sözlərinə görə, əgər partiyalara lazımi səviyyədə vəsait ayrılarsa, partiyalarda savadlı kadrların yetişməsinə təkan ola bilər.

F.Ağamalıya cavabında isə Şəmsəddin Hacıyev deyib ki, elm, təhsil haqqında mənfi rəy formalaşdırmaq lazım deyil. O bildirib ki Azərbaycanda elm lazımi dərəcədə inkişaf edir: "Jurnallarda çap olunana elmi məqalələrin sayı 1000-i keçib. Elm sahəsində irəliləyişlər var. Elmlər Akademiyasında kadr islahatları davam edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA