Samir Şərifov müxalif mətbuatdan gileyləndi

img

04-11-2014 [21:13]


"Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə təşkilatlarına, eləcə də digər beynəlxalq qurumlara üzvlük haqqı üçün büdcədən 20 milyon manat vəsaitin ayrılması gözlənilir”. 

AzNews.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

Nazir təəssüflə bildirib ki, müxalifət mətbuatında bu məsələ ilə bağlı qeyri-sağlam yanaşma mövcuddur. 

S.Şərifovun sözlərinə görə, onlar bu məsələni təhrif olunmuş formada çatdırırlar. 
Qeyd edək ki, 2015-ci ildə Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklər və konsulluqlarına 58 milyon manat ayırılması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA