Metrologiya və Patent üzrə Dövlət Komitəsi müsabiqə elan etdi - Şərtlər

img

03-11-2014 [19:05]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, mühəndis-texniki işçilərin cəlb olunması, bu sahədə təbliğatın genişləndirilməsi üçün ixtiralarla bağlı müsabiqə elan edib.

Komitədən verilən məlumata görə, müsabiqə 2013-cü ildə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında "İlin patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədi ilə keçirilir. Müsabiqəyə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsus olan və 2013-cü ildə Avrasiya Patent İdarəsində qeydiyyata alınan patentlər də təqdim oluna bilər.

Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər ərizə ilə birlikdə patentin əslini və surətini, patentə məxsus ixtiranın materiallarını, ixtiranın səmərəsi haqqında əsaslandırılmış məlumatı, patent sahibi tərəfindən zəruri sayılan digər sənədləri təqdim etməlidirlər.

Sənədlər 2014-cü il dekabrın 4-dək Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) informasiya təminatı şöbəsində (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 53) qəbil olunur.
Daha ətraflı məlumatı 412 594 37 70, 412 594 37 71 (daxili 2-08), 0503190721, 0553190721 və 0703190721 nömrəli telefonlara zəng edərək almaq olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA