Bu telefonları dinləmək olmur - FOTO

img

02-11-2014 [23:02]


Türkiyənin Elmi-Texniki Tədqiqatlar üzrə Şurası (TÜBİTAK) dinlənilməsi mümkün olmayan mobil telefonların istehsalına başlamaq niyyətindədir.

Bunu Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıq bildirib.

Nazirin sözlərinə görə, Türkiyə dinlənilməsi mümkün olmayan smartfonların qonşu ölkələrə ixracını da planlaşdırır. Amma F.İşıq bu telefonların nə zaman istehsal olunacağını və layihənin dəyərini açıqlamayıb.

Türkiyənin İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Şurasının (BTK) verdiyi məlumata görə, 76,6 milyon əhalisi olan bu ölkədə 67,9 milyon ədəd mobil telefon var. Türkiyənin mobil rabitə ilə təchizat səviyyəsi 99 faiz təşkil edir. Hazırda ölkənin 1800 yaşayış məntəqəsi stasionar və mobil rabitə imkanlarına çıxışdan məhrumdur. Bu da onların çətin coğrafi ərazilərdə yerləşməsi ilə bağlıdır.

Mənbə
Virtualaz.org
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA