“bp-Azerbaijan” ARDNŞ-ə 2 milyard kubmetr səmt qazı verib

img

29-10-2014 [20:28]


Yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının operatoru olan "bp-Azerbaijan” şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) ümumilikdə 2 milyard kubmetr səmt qazı verilib.
Mia.az AzerTac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "bp-Azerbaijan” şirkətinin rəhbəri Qordon Birrell deyib.
Q.Birrell qeyd edib ki, şirkət ötən dövrdə buxarlanan qaz kompressorları və boru kəmərlərində təkmilləşdirmə işlərini başa çatdırıb. Bu da qazın məşəldə yandırılmasının azalmasına səbəb olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA