Məşhur market xalqı aldadır

img

29-10-2014 [16:28]


Paytaxtda daha bir mağazada saxtakarlıq halları aşkarlanıb.
Mia.az-ın İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla verdiyi məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı yayımlanan "Fresko" marketlər şəbəkəsinin reklamında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

Belə ki, bu marketlərdə satılan məhsulların digər marketlərdə satılan məhsullardan üstünlüyü fikrini yaradan "Fresko" market-ən yaxşısı sizin üçün" məzmunlu ifadədən istifadə edildiyi müəyyən edilib.

Bununla əlaqədar "Fresko" marketlər şəbəkəsinin məxsus olduğu "Azəri Retail" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA