“Azərbaycanda 5-6 bank bağlana bilər“

img

28-10-2014 [16:38]


"Bankkapitalının 99%-ni əhatə edən banklar Mərkəzi Bankın kapital tələbini yerinə yetirəcəklər”.

APA xəbər verir ki, bunu AzərbaycanMərkəzi Bankın (AMB) sədri Elman Rüstəmovbildirib.

Onun sözlərinə görə, ölkədə 5-6 bank AMB-nin kapitala olan tələbini yerinə yetirməyəcəyi proqnozu var.

Bununla belə, E. Rüstəmov bu bankların aktivlərinin ümumi bank aktivlərinin 1%-i ətrafında olduğunu söyləyib. Üstəlik, AMB rəhbəri əlavə edib ki, bu banklarda əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur.

E. Rüstəmov bildirib ki,kapitaltələbini yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır: "Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlar ilə danışıqlarımız gedir. Bir daha deyirəm, bu banklar çox zəif banklardırlar. Kapital tələbini yerinə yetirə bilməyən banklar ilə fərdi şəkildə rəftar olunacaq.Bizonlar ilə müxtəlif ssenariləri müzakirə edirik, gəlin bu barədə danışmağa tələsməyək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA