Qaçaq yolla gətirilən araqlar aşkarlandı

img

27-10-2014 [18:10]


Dövlət Gömrük Komitəsi qaçaqmal araqlar aşkarlayıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bir neçə gün əvvəl DGK Aksiz Baş Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı mübarizə şöbəsinə bu barədə məlumat daxil olub. Bildirilib ki, spirtli içkilər qeyri-qanuni yolla Azərbaycana gətirilir. 

Əməliyyat zamanı Azərbaycan Respublikası vətandaşı Cabbarov Asif Həpiş oğlunun idarə etdiyi "MERCEDES BENZ C 200” markalı, "90-LJ-745” dövlət nömrə nişanlı minik avtomobilindən Quliyev Xeybər Misir oğluna məxsus Rusiya markası ilə markalanmış "KREMLİN Avard”, "BELUGA” və "Stolicnaya vodka” araqları tapılıb.

Faktla bağlı təhqiqat aparıldığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA