Rus pulu kəskin düşdü, sanksiya işini görür

img

24-10-2014 [13:48]


Bu gün ilk dəfə olaraq rus rublu avro və dollara nisbətdə rekord həddə düşüb.

 

Moskva birjasında bir avro daha 19 qəpik bahalaşaraq 53.002  rubl olub.

 

Rusiya Maliyyə nazirinin müavini Aleksey Moiseyev məsələ ilə bağlı verdiyi açıqlamasında panikaya düşməməyə çağırıb:

"Rusiya Bankı inflyasiya ilə mübarizə aparır. Düzdür, bu bizi narahat edir. Amma kursun necə olmasına baxmayaraq, inflyasiya bizim nəzarətimizdə olacaq”.

 

Qeyd edək ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiya və dünya bazarında neftin ucuzlaşması son iki ayda rus rublunun avro və dollar qarşısında ucuzlaşmasına gətirib çıxarıb(axar.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA