“Bizim market” şəbəkəsində fırıldaq - FOTO

img

21-10-2014 [16:10]


"Bizim market” şəbəkəsi müştəri cəlb etmək üçün satışa çıxardığı məhsulların üzərinə saxta qiymətlər qoyur.

 

Bu barədə marketdən məhsul alarkən qiymətdə aldadılan Təranə Məmmədova adlı xanım xəbər verib. Xanım qeyd edir ki, marketdə satılan bir çox məhsulun üzərində yazılan qiymətlər saxtadır. Onun sözlərinə görə, aldığı məhsulun üzərində yazılan qiymətlə kassaya vurduqdan sonra qəbzdə göstərilən qiymət fərqli olub:

 

"Uşaq oyuncağının üzərində 5 manat 45 qəpik yazılmışdı. Məhsula endirim edildiyi də qeyd edilməmişdi. Kassaya yaxınlaşanda tələb olunan pulu verdim. Ancaq qəbzə sonradan baxdım ki, əslində aldığım oyuncağın qiyməti 6 manat 70 qəpik imiş. Kassir bu barədə heç bir söz də demədi. Ən azından qiymətin fərqli olduğunu deyə bilərdilər. Ancaq market bunu bilərəkdən etdiyindən, məlumat da vermirlər. 5 manat 45 qəpiyə olan oyuncağı 6 manat 70 qəpiyə satırlar”(axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA